Haqqımızda Reklam
13 
Avq
2020
11:28
23
2
4111

Sürücülərə şad xəbər - Avtomobillərin gömrük rəsmiləşdirilməsinin vaxtı dəyişdi

Avtomobil sahibləri üçün gömrük rəsmiləşdirilməsi 2021-ci ilin mart ayınadək uzadılır. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria hökumətin iclası zamanı maliyyə nazirinə tapşırıq verib. Baş nazirin sözlərinə görə, bu müddət ərzində heç bir faiz hesablanmayacaq: “Böhranın təsirinin uzunmüddətli olacağı bir həqiqətdir. Avtomobil idxalçıları artıq bir neçə dəfə bizə müraciət ediblər. Gömrük rəsmiləşdirilməsini artıq bir dəfə uzatmışıq, düşünürəm ki, gömrük rəsmiləşdirilməsini 2021-ci ilin mart ayına qədər yenə təxirə salaq. Gömrük rəsmiləşdirilməsi təxirə salındığına görə, heç bir faiz də hesablanmayacaq. Bu, 24 minə yaxın avtomobil sahibinə təsir edəcək və səhv etmirəmsə, bu vergi təxirə salınmasında 30 milyondan çox lari güzəşt olunacağı mənasına gəlir”, - deyə Qaxaria qeyd edib. Qeyd edək ki, bundan öncə gömrük rəsmiləşdirilməsinin vaxtı avqust ayının 31-nə təyin olunmuşdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989