Haqqımızda Reklam
12 
Avq
2020
19:33
41
13
3016

“Lelo Gürcüstan” partiyası Marneuli-Qardabani üzrə majoritar namizədini təqdim etdi (FOTO)

“Lelo Gürcüstan Üçün” partiyası Gürcüstan üzrə majoritar namizədlərini təqdim edib. 24News.ge xəbər verir ki, Marneuli və Qardabani majoritar dairəsinə, “Lelo Gürcüstan Üçün” partiyası, Murad Muradovun namizədliyini irəli sürüb. Murad Muradovun namizədliyini partiyanın lideri Mamuka Xazaradze təqdim edib: “Marneuli və Qardabani majoritar seçki dairəsinin namizədi, Marneuli şəhərində anadan olmuş və orada böyümüş, Tbilisi Dövlət Universitetinin məzunu, siyasi elmlər mütəxəssisi, illərdir insan haqlarının qorunmasında mübarizə aparmış, etnik azlıqların vətəndaş cəmiyyəti siyasətinə inteqrasiyasında böyük rol oynamış Murad Muradov olacaq”, - deyə Xazaradze təqdimatda qeyd edib. Qeyd edək ki, Murad Muradov “Lelo Gürcüstan Üçün” partiyasının Marneuli qərargahının rəhbəridir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989