Haqqımızda Reklam
01 
Avq
2020
22:23
36
26
1542

Sorğu yekunlaşdı - Respondentlər Tamaz Naverianinin fəaliyyətindən narazıdırlar

Məlum olduğu kimi, xəbər portalımızda vətəndaşlar arasında müxtəlif səpkili sorğu həyata keçiririk. İstəyirik ki, cəmiyyət arasında vətəndaşların daha çox fikirlərini öyrənək və insanlara bununla bağlı məlumatlar verək. 30 iyul tarixində başlatdığımız sorğu və vətəndaşlara ünvanladığımız sualımız belə oldu: Hakim "Gürcü Arzusu" partiyasının majoritar deputatı, Tamaz Naverianinin 4 illik qanunverici orqandakı fəaliyyəti və vətəndaşlar qarşısında göstərdiyi xidmətlərdən razısınız mı?. Sorğunu ümumilikdə 1228 vətəndaş oxuyub, onlardan cəmi 155 respodent iştirak edərək səs verib. Sorğuda iştirak edən vətəndaşların 136 nəfəri xeyir razı deyilik, 19 nəfəri isə deputatın fəaliyyətindən razı olduqlarını bildirib, 1073 vətəndaş isə səs vermədə iştirak etməyərək bitərəf qalıb. Qeyd edək ki, bundan sonra da saytımızda müxtəlif səpkili sorğular davam edəcək. Belə ki, sizlərə müxtəlif sahələrdə sorğular təklif olunacaq, siz isə razı olduğunuz halda saytın bəyənmə işarəsinə layk və ya bəyənmədiyiniz halda dislayk verərək sorğuda iştirak edəcəksiz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989