Haqqımızda Reklam
01 
Avq
2020
20:16
32
10
2189

Qaracalar kəndində əldə olunan razılıq yerinə yetirilir- Merdən açıqlama

"Qardabani Bələdiyyəsinin Qaracalar kəndinin sakinləri, öz məhsullarını sabahdan etibarən Nəvtulluğ bazarına çıxara biləcəklər". 24News.ge xəbər verir ki, bu barədə Qardabani meri Ramaz Budağaşvili jurnalistlərə məlumat verib. Mer bildirib ki, məhsulların daşınması üçün 10 mikroavtobus ayrılıb: "Dünən əhalinin tələbi öz məhsullarını bazarda satmaq idi, bununla bağlı razılığa gəldik, 10 mikroavtobus ayrıldı. Bu məhsulları bazara gətirənlər bu gün PCR testindən keçirildi və əgər onlarda koronavirus aşkarlanmasa, bu insanlar məhsullarını daşımaq və satmaq imkanı əldə edəcəklər, əlbəttə ki, bu proses nəzarət altında olacaq". Mer həmçinin yaxın günlərdə aztəminatlı aylələrə yardımların verilməsinin planlaşdırldığını da bildirib: "Bazar ertəsi günündən etibarən, Qaracalar kəndində aztəminatlı ailələrə məhsullar və gigiyena məhsulları paylamağa başlayacağıq. İlk növbədə bu, 85 aztəminatlı ailəyə, eləcə də digər ehtiyacı olan ailələrə veriləcək", - deyə Budağaşvili bildirib. Qeyd edək ki, Qaracalar kəndinin sakinləri ötən gün aksiya keçirərək, əhalinin öz məhsullarının bazara çıxarılması üçün şərait yaradılmasını tələb ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989