Haqqımızda Reklam
01 
Avq
2020
17:38
49
8
2323

Rəşid Behbudovun Gürcüstanda doğulduğunu bilirdiz? - MƏQALƏ

Estrada və opera müğənnisi, aktyor, SSRİ xalq artisti Rəşid Behbudov Tbilisidə anadan olub. Rəşid Behbudov 14 dekabr 1915-ci ildə Tbilisidə anadan olub. Atası Məcid Behbudov Tbilisidə zadəgan klubunun üzvü idi, təbii ipəkdən kələğayı istehsal edən bir fabrikə sahib olub. Babası çar ordusunun generalı, ulu babası isə at zavodunun sahibi olmuşdur. Tbilisidə Rəşid Behbudov gənc yaşda Leonid Utesovun caz musiqisinə maraq göstərib. Uşaq kollektivlərində çıxış edib və tanınmağa başlayıb. O, məktəb illərində bir neçə gürcü filmində rol alıb. 1934-cü ildə İrəvanda yaşamağa başlayıb. A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistlik edib. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1944-cü ildə Bakıya köçüb. Konsertlərlə dünyanın yarısını, 100-dən çox ölkəni gəzib. Onun konsertlərində İosif Stalin, Mao Tszedun, Cəvahirləl Nehru, İndira Qandi, Hayle Selasye, Süleyman Demirel, Nikita Xruşev, Leonid Brejnev, Ualter Ulbrixt və Erik Honekker iştirak ediblər. Beş filmdə rol alıb. Rəşid Behbudov 1987-ci ildə Tbilisinin fəxri vətəndaşı adına layiq görülüb. Müğənninin tərcümeyi-halından maraqlı bir fakt. Rac Kapurun baş rolunda çəkildiyi "Avara" filminin mahnısını rus və hindi dillərində Rəşid Behbutov ifa edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989