Haqqımızda Reklam
01 
Avq
2020
16:45
46
2
857

"Hansı qərar işə daha çox yarayacaqsa, o qərar verilməlidir" - Müxalifət lideri

“Hansı qərar işə daha çox yarayacaqsa, o qərar verilməlidir, fərqi yoxdur Vaşadze siyahıda birinci olacaq və ya ümumiyətlə siyahıda olacaq ya yox”. 24News.ge xəbər verir ki, bu sözləri Vahid Milli Hərəkat partiyasının lideri Qriqol Vaşadze, “Güc Birlikdədir” birləşməsinin iclasından sonra deyib. Jurnalistlərin “Paata Burchuladze ilə danışıqların aparılıb-aparılmadığına dair” sualına isə, Vaşadze bütün məsələlərdə onunla daim ünsiyyət saxladıqlarını bildirib: "Paata Burculadze ilə məsləhətləşmələr lazım deyil, çünki Paata Burculadze 2018-ci ilin seçki kampaniyasının lokomotivlərindən biri idi və biz bütün məsələlərdə onunla daim ünsiyyətdəyik. Hamı seçki kampaniyasında iştirak edəcək və "Güc Birlikdədir"in liderlərinin böyük bir hissəsi ümumi siyahıda yer alacaq”, - deyə Vaşadze bildirib. Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyasının da daxil olduğu “Güc Birlikdədir” birləşməsinə daxil olan partiyaların, parlament seçkilərində hər partiyanın şəxsi siyahısı deyil, vahid siyahının olması barədə müzakirələr gedir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989