Haqqımızda Reklam
01 
Avq
2020
16:02
25
11
1599

Tbilisidə yenilik - Paytaxtın bu küçəsində ictimai nəqliyyat əksinə hərəkət edəcək (FOTO)

Tbilisinin Vake rayonunun İlya Çavçavadze küçəsində bu gündən etibarən ictimai nəqliyyat əksinə hərəkət edəcək. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi meryası məlumat yayıb. Məlumata əsasən, Çavçavadze küçəsinin təmirindən sonra yalnız ictimai nəqliyyat, avtobus və marşrut taksiləri əks istiqamətdə hərəkət edəcək, digər şəxsi maşınlar isə həmişəki kimi öz yol hissəsində hərəkət edəcək. Çavçavadze küçəsində ictimai nəqliyyatın bu cür hərəkətinə isə, avtobus dayanacaqlarının küçənin ortasına quraşdırılması səbəb olub. Avtobuslara sərnişinlərin minib-düşməsi üçün nəzərdə tutan qapıların küçəsinin ortasına yerləşdirilən dayanacaqlara əks düşdüyünə görə, Tbilisi meryası bu qərarı verib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989