Haqqımızda Reklam
16 
Iyl
2020
19:22
94
9
3793

Azərbaycan-Ermənistan sərhəddində döyüşlər davam edir - Açıqlama

Bu gün səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları davam edir. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə nazirliyi yayıb. Məlumata görə, hazırki vaxtadək davam edən döyüşlərdə zamanı Azərbaycan ordusu Ermənistanın 20-yə yaxın canlı qüvvəsini, 1 zirehli texnikasını, 1 radioelektron mübarizə (REM) vasitəsini, döyüş postları və dayaq məntəqəsini məhv edib. Bu gün döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989