Haqqımızda Reklam
16 
Iyl
2020
17:20
107
10
2420

Qazaxıstanda yaşayan Gürcüstan Azərbaycanlıları aksiya keçirdilər (FOTO)

Ötən gecə Qazaxıstanda yaşayan Gürcüstan Azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçiriblər. 24News.ge xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlərdə həyata keçirdiyi hücum cəhdlərinə və təxribatlara etiraz ediblər. Aksiya iştirakçıları “Şəhidlər Ölməz Vətən Bölünməz”, “Qarabağ Bizimdir, Bizim Olacaq” və “Azərbaycan Var Olsun, Ermənilər Kahr Olsun” şüarları səsləndiriblər. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxslərə və yaşayış evlərini hədəfə almasına etiraz və şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989