Haqqımızda Reklam
16 
Iyl
2020
15:56
16
106
3772

Marneulidə Nərimanovun heykəlinin sökülməsi tələbi ilə aksiya keçirilir (FOTO)

Marneuli Mədəniyyət Evinin qarşısında Marneuli və Hucabi Yeparkiyasının rəhbərliyi və bir sıra vətəndaşlar şəhər mərkəzində yerləşən Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbi ilə aksiya keçirirlər. 24News.ge-nin jurnalisti hadisə yerindən xəbər verir ki, aksiyada təqribi olaraq 200 nəfər iştirak edir. Onların əsas tələbləri Nəriman Nərimanovun abidəsinin sökülməsi, onun yerində İkinci İrakli və Xudu Borçalının büstlərinin ucaldılmasıdır. Bildirilir ki, aksiyada Marneuli və Hucabi yepiskoposu Giorgi Camdeliani da iştirak edir. Hal-hazırda hadisə yerinə çox sayda polis əməkdaşı cəlb edilib və onlar hər hansı bir təxribata qarşı Nərimanovun büstü ətrafında dayanıblar. Qeyd edək ki, əvvəlki çıxışlarında G.Camdeliani Marneuli Meriyası tərəfindən Nəriman Nərimanovun abidəsinin təmir edilməsinə sərt etiraz edərək, onun Gürcüstan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərdiyini və abidəsinin dərhal sökülməli olduğunu bildirmişdi.

www.24news.ge