Haqqımızda Reklam
16 
Iyl
2020
14:41
20
4
888

Batumi meri istefa verdi

Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri Laşa Komaxidze və vitse-meri Jaba Tuguşi istefa verib. 24News.ge xəbər verir ki, bu barədə Batuminin, Bələdiyyə Agentliyi Xidmətlərinin direktoru Jumber Kobaladze məlumat verib. Onun sözlərinə görə, şəhər meri Bələdiyyə binasına gələrək işcilərlə vidalaşıb. “İstefa verməsi ilə bağlı qərar verdiyini bizə bildirdi. Bu onun qərarıdır, səbəbi barəsində özündən soruşa bilərsiniz. O bizə belə bir qərar verdiyini bildirdi və bizimlə vidalaşdı. Güman ki, gələcək planları barədə özü sizlərə məlumat verəcək, həmçinin onun müavin də istefa verib”, - deyə Kobaladze bildirib. Qeyd edək ki, bu gün Batumi merinin brifinq keçiriləcəyi bildirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989