Haqqımızda Reklam
12 
Iyl
2020
22:27
20
9
1834

Rustavidə karantin məkanından qaçan vətəndaşı polis saxladı

Xəbər verdiyimiz kimi bu gün Rustavinin Mərkəzi Xəstəxanasına koronavirus şübhəsi ilə gətirilən şəxs xəstəxanadan karantin vəziyyətini pozaraq qaçmışdır. 24News.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi təsdiq edib. Məlumata görə bir neçə saatlıq axtarışdan sonra, polis sözügedən vətəndaşı taparaq geri karantinə gətirib. Qeyd edək ki, qaçan şəxs, Rusiyadan gələn orta yaşlı kişidir. Həmin şəxs, Rusiyadan gəldikdən sonra karantinə alınıb, karantində yüksək hərarət müşahidə olunub və bu gün o Rustavinin Mərkəzi Xəstəxanasına qaldırılaraq koronavirus testindən keçirlib. Koronavirus testinin cavabı bəlli olmadan, həmin şəxs xəstəxananın pəncərəsindən qaçaraq gizlənib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989