Haqqımızda Reklam
12 
Iyl
2020
16:50
22
13
2479

Rustavidə koronavirus xəstəsi klinikadan qaçdı

Rustavinin Mərkəzi Xəstəxanasına koronavirus şübhəsi ilə gətirilən şəxs xəstəxanadan qaçıb. 24News.ge xəbər verir ki, həmin şəxs yüksək hərarətə görə xəstəxanaya qaldırılıb. Məlumata əsasən, xəstəxanadan qaçan şəxs, Rusiyadan gələn orta yaşlı kişidir. Həmin şəxs, Rusiyadan gəldikdən sonra karantinə alınıb, karantində yüksək hərarət müşahidə olunub və bu gün o Rustavinin Mərkəzi Xəstəxanasına qaldırılaraq koronavirus testindən keçirlib. Koronavirus testinin cavabı bəlli olmadan, həmin şəxs xəstəxananın pəncərəsindən qaçaraq gizlənib. Hal hazırda sözügedən şəxsin axtarışları davam edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989