Haqqımızda Reklam
12 
Iyl
2020
15:38
13
15
1943

Rustavi şəhərində partlayış zamanı yaralanan şəxs dünyasını dəyişdi (VİDEO)

Rustavi şəhərinin Davit Qareci küçəsində dəmir qəbulu məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxs dünyasını dəyişib. 24News.ge xəbər verir ki, bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze məlumat verib. Onun sözlərinə görə, partlayış nəticəsində yaralanan şəxs təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Xatırladaq ki, Rustavi şəhərində dəmir qəbulu məntəqəsində baş verən partlayış bu gün, günorta saatlarında baş verib.

www.24news.ge