Haqqımızda Reklam
12 
Iyl
2020
10:32
6
16
623

Məhşur Hind aktyoru koronavirusa yoluxub

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. 24News.ge xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb. "Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor “Twitter”də yazıb. Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib. Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989