Haqqımızda Reklam
11 
Iyl
2020
21:40
23
42
4308

Samirə İsmayılova partiyasını tərk edib ''Gürcü Arzusu'' partiyasına keçib? - Açıqlama

Son günlər gənc siyasətçi xanım, bir müddət "Vahid Milli Hərakat" partiyasında aktiv siyasi fiqur kimi tanınan, Samirə İsmayılovanın hakim "Gürcü Arzusu" partiyasına keçməsi ilə bağlı məlumatlar yayılıb. Ötən gün 24News.ge xəbər portalının suallarını cavablandırarkən "Gürcü Arzusu" partiyasının millət vəkili Ruslan Hacıyev, yayılan bu məlumata fərqli cavab verib: “Samirə İsmayılovanın bizim partiyaya keçməsi və majoritar namizəd olaraq irəli sürülməsi barədə heç bir məlumatım yoxdur. Lakin bu məsələ həqiqətən də varsa, 'Vahid Milli Hərakat' partiyasının Bolnisi rayon üzrə aparıcı bir qüvvəsi olan Samirə İsmayılova 'Gürcü Arzusuna' keçirsə, bu müsbət qarşılanır və müxalif partiya özü düşünməlidir ki, onların daxilində nə baş verir". R.Hacıyev həmçinin qeyd edib ki, bir bu deyil, VMH partiyasının daxilində bir çox laxlamalar var və zamanı gəldikcə bunu insanlar özləri görəcəklər. Barəsində yayılan məlumatlara isə Samirə İsmayılova belə cavab verib: "Bilirsiz ki, mən siyasi proseslərdən artıq 2 ilə yaxındır ki, uzaqlaşmışam və təmsil olunduğumuz VMH partiyasını tərk etmişəm, bu isə partiya dəyişmək üçün deyil sadəcə siyasi fəaliyyətimi dayandırmaq üçündür. Hazırda mən müstəqil olaraq Bolnisi Bələdiyyəsinin üzvü kimi fəaliyyət göstərirəm, buna isə vətəndaşlarmızın mövcud olan problemlərinin həlli və bir sıra insanlarmızın istəyi ilə qərar vermişəm. Mənim hansısa bir partiyaya keçməyimlə bağlı yayılan məlumatlar yalan və dezinformasiyadır. S. İsmayılova həmçinin onun majoritar namizədliyinin irəli sürüləcəyi ilə bağlı yayılan məlumatlara da cavab verib: "Mən siyasi fəaliyyətimi dayandırdığım üçün, hər hansı bir partiyadan təklif alsam belə, mənim hansısa partiyadan namizəd kimi irəli sürülməyim mümkün deyil". Samirə İsmayılovanın barəsində yayılan daha bir ittiham isə onun hər hansısa maddi vədlər əsasında partiyasını dəyişməsi məsələsidir, o bu məsələnin kimlərsə tərəfindən qəsdən ortaya atıldığnı deyir: "Bilirsiz Gürcüstanda belə bir hal var ki, kim mövqeyini dəyişir və ya hansısa fəaliyyətini dayandırır, həmin vaxt qara yaxmalar, yalanlar, böhtanlar bir müddət həmin insanın barəsində yayılır, əksər vaxt biz zamanla görürük ki, heç də bu deyilənlər həqiqəti əks etdirmirmiş. Bir daha deyirəm, mənim siyasi fəaliyyətimi dayandırmağım öz istəyimlə olub və bu gün hansısa partiyada təmsil olunmağa marağım belə yoxdur. Hələlik fəaliyyətim yalnız Bələdiyyə üzvü olaraq, vətəndaşlarımızın problemlərinin yerli orqanda səsləndirlməsi və həll olunmasıdan ibarətdir", - deyə Samirə İsmayılova bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989