Haqqımızda Reklam
11 
Iyl
2020
14:36
43
13
3099

Beynəlxalq təşkilat Savalan Mirzəyevi seçiciləri satın almaqda ittiham edib

Beynəlxalq təşkilat olan "Ədalətli Seçkilər və Demokratiya Beynəlxalq Cəmiyyəti" (ISFED) Gürcüstanda 2020-ci il parlament seçkilərinin seçkiqabağı monitorinqi ilə bağlı ilk hesabatını təqdim edib. 24News.ge xəbər verir ki, hesabatda 2020-ci ilin monitorinq dövründə qanun pozuntularından bəhs olunur. ISFED-in məlumatına görə: Gürcüstan parlamentinin majoritar millət vəkilləri tərəfindən seçicilərin satın alınmasının təxmini 16 faktı; Dövlət resurslarından istifadə olunmasının 2 faktı; “Ədalətli seçkilər” in müşahidəçisinə təzyiqin 1 faktı; Siyasi fəaliyyətə maneə törətmənin 2 faktı; Siyasi zəmində təzyiq / təhdidin 1 faktı aşkarlanıb. Hesabata görə, ayrı-ayrı majoritar millət vəkillərinin seçki qabağı müxtəlif sosial tədbirlər çərçivəsində ərzaq və ya tibbi paketlərin millət vəkillərinin iştirakı ilə birbaşa əhaliyə təhvil verilməsi faktı da aşkar olunub, bu hərəkət "Vətəndaşların Siyasi Birlikləri Haqqında Gürcüstan Qanunu”nun 252-ci maddəsinə əsasən seçiciləri satın alınması əlamətlərini göstərir və bu isə qanunla qadağandır. Seçicilərin satın alınması siyahısına Qardabaninin majoritar millət vəkili Savalan Mirzəyev, Dmanisi və Zalqanın millət vəkili Kaxa Okruaşvili, Tetritsğaronun (Ağbulaq) millət vəkili Qoderdzi Çankseliani, Bolnisinin millət vəkili Qoqi Meşveliani və digər 12 majoritar millət vəkili daxil edilib. Qeyd edək ki, sözügedən təşkilat yardımların paylanılmasında millət vəkillərinin bir başa iştirak etməsini qanun pozuntusu və müəyyən bir vasitə ilə seçiciləri ələ almaq kimi qeydə alıb. Digər deputatların yardım kampaniyasına qoşularaq, yardımların çatdırlması üçün yerli bələdiyyə və ya hansısa qurum, təşkilat vasitəsi ilə həyata keçirlməsini qanun pozuntusu kimi qeydə almayıb. Təşkilatın sözügedən hesabatı ilə bağlı millət vəkili Savalan Mirzəyevdən açıqlama almaq istəsəkdə S. Mirzəyev məsələyə münasibət bildirməkdən boyun qaçıraraq sadəcə "Daxil etsinlər dəə", deyə şərh etməklə kifayətləndi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989