Haqqımızda Reklam
10 
Iyl
2020
15:28
7
28
2953

Nazir Polşa ilə Gürcüstan arasında sərhədlərin açılması ilə bağlı sualı cavablandırdı

“Polşa Gürcüstanla sərhədlərini açmağa hazırdır, lakin təəssüflər olsun ki, hazırda Polşada yoluxma halı çox yüksəkdir və biz buna razı olmadıq”. 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Regional inkişaf və İnfrastruktur naziri Maia Tskitişvili deyib. Onun sözlərinə görə, Gürcüstanın Polşa üçün sərhədlərini açmaması heçbir narazılığa səbəb olmayıb: “Polşanın bizim vətəndaşlara karantin olmadan Gürcüstan üçün sərhədi açmağa hazır olduğunu bildirsələrdə, lakin biz bu ölkənən sərhədlərin açılmasına razı olmadıq, çünki orada virusa yoluxma halı çox yüksəkdir. Biz görürük ki, sərhədlərini açan bir çox Avropa ölkələrində epid vəziyyət pisləşməyə doğru gedir, Yunanıstan da öz sərhədlərini turistlər üçün açdı, lakin bundan sonra orada vəziyyət gərginləşdi. Buna görə də iqtisadiyyatımıza və vətəndaşlarımızın sağlamlığına qayğı göstərmək istəyiriksə, bu zonalarla çox diqqətli olmalıyıq”, - deyə nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989