Haqqımızda Reklam
09 
Iyl
2020
20:52
11
27
3049

Ruslan Hacıyevdən həmkarı Azər Süleymanova cavab: ”Onu ciddi siyasətçi qəbul etsəm də verdiyi bəyanatı ciddi hesab etmirəm”

Ötən gün xəbər portalımıza müsahibə verən “Vahid Milli Hərakat” partiyasının millət vəkili Azər Süleymanov, həmkarı “Gürcü Arzusu” partiyasının millət vəkili Ruslan Hacıyevi, "Parlament seçkilərində majoritar namizədi partiya sədri seçəcək və o qərar verəcək"- deyə işlətdiyi ifadələrə görə ciddi tənqid edib və onları diktator adlandırmışdır. Sözügedən ittihamlara cavab verən “Gürcü Arzusu” partiyasının millət vəkili Ruslan Hacıyev, Azər Süleymanovu ciddi siyasətçi kimi qəbul etsə də, verdiyi bəyanatı ciddi qəbul etmədiyini deyib: “Azər Süleymanovu ciddi siyasətçi kimi qəbul edirəm, ancaq verdiyi bəyanatı ciddi hesab etmirəm, çünki sadə insanlar bunu bilməsə də Azər müəllim bunu bilməlidir ki, partiyanın siyası şurası və şuranın rəhbəri var və onlar namizədlə bağlı birlikdə qərar verirlər və bu hal-hazırda da, Gürcü Arzusunun siyasi şurasının müzakirəsindədir. Belə olan halda isə təbiidir ki, siyasi şuranın rəhbəri, Bidzina İvanişvilinin qərarı mütləqdir. Mən bilmirəm başqalarının partiyasında bu kimi işlər necə görülür və necə idarə olunurlar, onlayn qaydada yoxsa necə? Çünki, biri buradadır biri isə başqa yerdədir və bu onların daxili işləridir, özləri bilər. Bir daha deyirəm ki, Süleymanovun bu bəyanatını ciddi hesab etmirəm"-deyə R.Hacıyev bildirib. Millət vəkili Ruslan Hacıyev həmçinin Marneuli və Qardabanidən irəli sürüləcək majoritar namizəd məsələsinə də toxunub: “Namizədimizlə bağlı məsələ hazırda partiyanın siyasi şurasında müzakirədədir və yaxın vaxtlarda qərar veriləcək. Partiyanın irəli sürdüyü namizəd isə xalqını, vətənini sevən dəyərli, savadlı bir namizəd olacaq. Buna heç bir şübhəm yoxdur. Bunun mən və ya digər kimsə olacaq, heç bir fərq etmir. Çünki biz komandamıza daxil olan bir şəxsi layiq bilib sıramıza daxil edirik və onun namizədliyi irəli sürüldüyü zaman biz hər birimiz xalqımızla birlikdə onu dəstəkləyəcəyik. Ona görə də deyərdim ki, müxalifət heç narahat olmasın, öz problemləri ilə maraqlansınlar, bu gün daxildə olan çəkişmələrini dayandırsınlar, sonra gəlib bəyanat verərlər. Həmkarımın ifadələrini və çıxışlarını sadəcə ictimaiyyətə yönəlmiş bir populizim kimi qiymətləndirirəm, çünki bundan sonra seçki öncəsi reklam xatirinə bu kimi çıxışlar çox olacaq”, - deyə millət vəkili, Ruslan Hacıyev bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989