Haqqımızda Reklam
09 
Iyl
2020
11:30
19
5
3395

Baş nazirdən açıqlama: "Gürcüstanda mədəni tədbirlərə açıq havada icazə veriləcək"

"13 iyul tarixindən etibarən mədəni tədbirlərə açıq havada icazə veriləcək". 24News.ge xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria hökumətin iclasından sonra açıqlamasında qeyd edib. "Gürcüstan hökumətinin qəbul etdiyi yeni bir qərar, Bazar ertəsindən etibarən açıq ərazilərdə mədəni tədbirlərə qoyulan qadağanı ləğv edəcək. Düşünürəm ki, xüsusilə indi yaz aylarında daxili turizmin getdikcə daha çox əhəmiyyətli olduğu bir zamanda bu çox vacib bir qərardır", - deyə baş nazir bildirib. Nazir qeyd edib ki, açıq havada keçirilən bir sıra tədbirlərə icazə verilir: "Məsələn, son zamanlarda kinoloqların sərgilərinə böyük tələbat var. Əlbəttə ki, dostlarımıza da sərgilərin normal keçirilməsinə imkan vermələrinə kömək etməliyik", - deyə G. Qaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989