Haqqımızda Reklam
04 
Iyl
2020
19:19
18
7
1827

Oni rayonunun sakinləri etiraz aksiyası keçirdilər - Hökumətə olmaz dedilər

Oni şəhərində, Rioni çayı üzərində HES-in inşasına qarşı etiraz aksiyası keçirilib. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, Etirazçılar Rioni çayı üzərində planlaşdırılan su elektrik kaskadının inşasına etiraz ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, qeyd olunan layihə Raça regionu üçün təhlükə yaradır və onun həyata keçirilməsinə izin verməyəcəklər. Baş tutan aksiyada yerli əhali ilə bərabər bir neçə qeyri-hökümət təşkilatı da iştirak edib. Bunlar: Gürcüstanın Gənc Hüquqşünaslar Asosiyasiyası”, “Yaşıl alternativ”, “Enerji-effektivlik fondu”, “Gürcüstanın yaşıllar hərəkatıdır”. Məlumata əsasən aksiyada “Milli Hərəkat” partiyasının üzvləridə iştirak edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989