Haqqımızda Reklam
04 
Iyl
2020
18:40
9
6
1533

Qızıl son 8 ilin ən yüksək qiymətinə yüksəldi

Dünyada baş verən pandemiya səbəbi ilə qiymətli metalların dəyərində ciddi artım müşahidə olunub. 24News.ge xəbər verir ki, qızılın qiyməti son 8 ilin maksimum dəyərinə çatıb. Belə ki, son bir neçə gün əvvəl qızılın 1 unsiyasının qiyməti 1 770,83 dollar olub, ekspertlər bu rəqəmin 1 800 dollaradək artacağını deyirlər. Yerli Maliyyə Məlumat Platforması “Agora Maliyyə”nin bu günə olan məlumatına əsasən, Gürcüstanda 1 qram 999 əyyar qızılın qiyməti 115 lari 60 tetridir. Bundan başqa digər əyyar qızılın qiymətləri isə belədir; ●1 qram 375 əyyar qızıl 43.39 lari ●1 qram 500 əyyar qızıl 57.86 lari ●1 qram 583 əyyar qızıl 67.46 lari ●1 qram 750 əyyar qızıl 86.79 lari ●1 qram 900 əyyar qızıl 104.15 lari ●1 qram 958 əyyar qızıl 110.86 lari

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989