Haqqımızda Reklam
04 
Iyl
2020
17:50
72
6
2720

Müxalifət lideri aclıq başlamadan Türkiyə ilə sərhədlərin açılmasını tələb etdi

Avropalı Gürcüstan partiyasının liderlərindən olan Gigi Uqulava, hakimiyyəti Türkiyə ilə sərhədi açmağa və insanlara işləmək imkanı verməyə çağırıb. 24News.ge xəbər verir ki, bu barədə Gigi Uqulava keçirdiyi brifinqdə hökumətə səslənib. Onun sözlərinə görə, Gürcüstan əhalisi mövsümi iş üçün Türkiyəyə gedir, nəticədə isə o ailəsini il boyu saxlayır. Müxalifət lideri Türkiyəyə getmək istəyən insanları yoxlamaq üçün sərhəddə müvafiq infrastruktur qurulmalı olduğunu deyib: “İllərdir bizim vətəndaşlarımız burada iş tapa bilmədiklərinə görə, Türkiyəyə işləməyə gedirlər, bu həmin insanların tək gəlir yeridir. Biz başa düşürük ki, bütün dünyada koronavirus pandemiyası var, lakin bununla yanaşı biz həkimlərə inanmalıyıq, hökumət artıq bundan istifadə edir və siyasi oyun oynayır. Ölkədə aclıq başlamamış sərhədlər dərhal açılmalıdır. Türkiyəyə getmək istəyən insanları yoxlamaq üçün sərhəddə müvafiq infrastruktur qurulmalıdır və onlara sərhəddi keçməyə imkan yaradılmalıdır”, - deyə Uqulava bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989