Haqqımızda Reklam
04 
Iyl
2020
17:06
20
5
1412

Gürcüstanın Təhsil Nazirliyi Azərbaycanda yaşayan abituriyentlərin təhsilini maliyyələşdirəcək

“Azərbaycan ərazisində yaşayan və bu il Gürcüstanda abituryent olan soydaşlarmızın təhsil haqqı Gürcüstan dövləti tərəfindən maliyyələşdiriləcək”. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi öz bəyənatında qeyd edib. Məlumata əsasən, bu il Gürcüstanın ali məktəblərinə imtahan üçün qeydiyyatdan keçən, lakin sərhədlər bağlı olduğuna görə, imtahanlara gələ bilməyən Azərbaycanda yaşayan 70-ə yaxın abituryentin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Qeyd edək ki, xarici ölkə vətəndaşı olan şəxslərin qanunvericiliyə əsasən ali təhsil məktəblərinə qəbul olması üçün imtahandan keçməsinə ehtiyac yoxdur, lakin təhsil haqqı ödənişli olur. Bu il qrant əldə etmək üçün könüllü olaraq imtahandan keçmək istəyənlər isə, sərhədlərin bağlı olma səbəbinə görə, imtahanlara qatıla bilmədikləri üçün, Azərbaycanda yaşayan 70-ə yaxın abituryentin təhsil haqqını Gürcüstan hökuməti qarşılayacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989