Haqqımızda Reklam
04 
Iyl
2020
15:06
24
17
5217

Dmanisi rayonunda baş verən qətl hadisəsinin yeni detalları məlum oldu

Ötən gün Dmanisi rayonunun Dunus kəndində baş verən 20 yaşlı gəncin qətl hadisəsi ilə bağlı, yeni detallar aydın olub. Hadisə ilə bağlı 24News.ge-nin əməkdaşları qətlə yetirilən gəncin atasından və şübhəli şəxsin atasından müsahibə götürüb. Qətlə yetrilən gəncin atası, onun oğlunu öldürənlərin kəndin girişində əvvəlcə yeyib-içdiklərini, daha sonra isə oğlunu ora çağırdıqlarını deyir. “Mənim oğlumu günahsız yerə öldürdülər. Bu işdə təkcə bir nəfər iştirak etməyib, həmin oğlanlar iki maşınla kəndin girişində əvvəlcə yeyib-içiblər, daha sonra mənim oğlumu oraya çağırıblar, qətl hadisəsi də həmin yerdə baş verib, əvvəlcə onu bıçaqlayıblar sonra isə başına ağır dəmirlə vuraraq öldürüblər”, - deyə qətlə yetrilən gəncin atası deyib. Daxili İşlər Nazirliyi tərəfindən saxlanlan şəxsin atası da əməkdaşlarımıza müsahibə verib. “Təəsüf ki, bu hadisə bizim başımıza gəldi, belə olmasını həqiqətən də istəmirdik, oğlumu artıq polis bölməsinə aparıblar, çox güman ki, qarşıdurma bizə qohum olan qıza görə baş verib, dünyasını dəyişən şəxsin ailəsindən üzr istəyirəm”, - deyə şübhəli şəxsin atası deyib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi artıq bir nəfəri saxlayıb, faktla bağlı cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsin günahı sübuta yetirlərsə onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989