Haqqımızda Reklam
04 
Iyl
2020
13:53
27
0
901

Müxalifət lideri: "Yüz minlərlə vətəndaşımız hələ də Avropada qalıb"

“Hökumət əsas diqqəti turizmə yönəldir, lakin unutmayaq ki, yüz minlərlə vətəndaşımız hələ də Avropada qalıb”. 24News.ge xəbər verir ki, bu sözləri Vaid Milli Hərəkat partiyasının millət vəkili Roman Qoçiridze deyib. Onun sözlərinə görə, hakimiyyət vətəndaşların xaricdən ucuz yolla gəlmələri üçün aviaşirkətlər arasında konkurensiya yaratmalıdır. “Hökumət əsas diqqəti turizmə yönəldir, lakin unutmayaq ki, yüz minlərlə vətəndaşımız hələ də Avropada qalıb. Onlar 1-2 həftəlik belə olsa öz vətənlərinə qayıtmaq istəyirlər, hətta 2 həftəlik karantinə də razıdırlar, lakin hökumət vətəndaşların qayıtmaları üçün demək olar ki, bütün yolları bağlayıb, belə olarsa onlar yayı da orada keçirəcəklər. Dünyada 1000-dək aviaşirkətlər var, hakimiyyət konkurensiya yaratmalıdır və vətəndaşların daha ucuz şəkildə ölkəyə gəlmələrini təmin etməlidir”, - deyə Qoçiridze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989