Haqqımızda Reklam
30 
Iyn
2020
17:05
25
10
2443

Amiran Qamkrelidze Gürcüstana gələn vətəndaşların karantin rejimindən danışdı

"Ölkəyə daxil olan vətəndaşlar üçün iki həfdəlik (14 gün) karantin rejimi hələ qüvvədədir". 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri, Amiran Qamkrelidze deyib. Onun sözlərinə görə, ölkəyə girən bütün insanlar hələ iki həftəlik karantin keçməli olacaqlar, ancaq bəzi istisnalar ola bilər və istisna olunacaq şəxslər öz evində təcrid ola bilərlər: “Bu günə qədər ölkədə karantin rejimi qalmaqdadır. İki həftəlik karantin rejimi ölkəyə gələn bütün insanlar üçün qüvvədə qalır. Yalnız bir ailənin üzvü olduğu təqdirdə həmin ailəyə özünü təcrid etmək üçün bəzi istisnalar ola bilər yəni öz evində təcrid etmə halında qala bilərlər bu isə yenə hərkəsə şamil olunmur”, - deyə Qamkrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989