Haqqımızda Reklam
30 
Iyn
2020
14:18
40
2
1748

"İyul ayında Gürcüstandan Avropa İttifaqı ölkələrinə 14 aviauçuş təyin olundu" - Nazir

"İyul ayına Gürcüstandan Avropa İttifaqı (Aİ) ölkələri istiqamətində 14 uçuş planlaşdırılıb". 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib. Nazir qeyd edib ki, Gürcüstanın bütün aviauçuşları dayandırması barədə yayılan məlumatlar doğru deyil. D.Zalkalianinin sözlərinə görə, Aİ-nin sərhədlərinin Gürcüstan üçün iyulun 1-dən açılacağı barədə rəsmi qərar bu gün və ya sabah elan olunmalıdır. Nazir həmçinin bu günədək ölkəyə gətirilən vətəndaşlardanda söz açıb: "Gürcüstan heç bir halda Avropa Birliyi ilə əlaqəsini kəsməyib, biz xüsusi reyslər təşkil edərək 14 min vətəndaşı ölkəyə gətirmişik. Həmçinin xarici ölkələrdə yaşayan 22 min vətəndaşımıza kömək etmişik və bu kömək etmə prosesi bu gün də davam edir. Heçvaxt deyə bilmərik ki, bizim əlaqələrimiz tamamilə kəsilib. Biz Avropalı tərəfdaşlarımızla qarşılıqlı razılaşma nəticəsində reyslərin bir qismini təxirə salmışıq, bu isə Avropa Birliyinin gələcəkdə Gürcüstan üçün öz məkanını açması qərarına heçbir mənfi təsir göstərməyəcək. Başqa uçuşlar üçün əlavə qərarlar qəbul edəcəyik və bu cəhətdən başqa Aviaşirkətlərlə danışıqlar aparırıq. Bu isə Avropa Birliyi tələbləri və kriteryumlarına tamamən uyğun şəkildə olacaq”, - deyə nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989