Haqqımızda Reklam
30 
Iyn
2020
11:48
26
0
1995

Marneuli Bələdiyyəsində peşə kolleci inşa olunur (FOTO)

Marneuli Bələdiyyəsində beynəlxalq standartlara uyğun peşə kolleci inşa olunur. 24News.ge xəbər verir ki, 150 tələbə üçün nəzərdə tutulmuş, müasir standartlara cavab verən bina həmçinin sağlamlıq İmkanları Məhdud olan şəxslər üçün də tam şəkildə uyğunlaşdırılıb. Binada həmçinin auditoriyalar, konfrans zalı, kitabxana, lift və uyğunlaşdırılmış vanna otaqları da olacaq. Sözügedən bina, müvafiq avadanlıqlarla, mərkəzi istilik və soyutma və havalandırma sistemi ilə təchiz ediləcəkdir. Təlim binası ilə yanaşı, təhsil müəsissəsinin həyəti və açıq idman meydançası da yaradılacaq. Təhsil müəssisəsində gedən tikinti işləri ilə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini - Tamar Kitiaşvili, Marneulinin meri - Zaur Darğallı təhsil müəsissəsinin nümayəndələri ilə birlikdə, yerində tanış olublar. Qeyd edək ki, layihə - Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin maliyyə dəstəyi və yerli özünüidarəetmənin iştirakı ilə həyata keçirilir. Peşə məktəbi 2021-ci ildə fəaliyyətə başlayacaq və əsasən Marneuli, Qardabani, Dmanisi, Bolnisi, Tetritskaro və Tsalka Bələdiyyələrinin ehtiyaclarına uyğun olaraq, kənd təsərrüfatı ilə bağlı təlim-təhsil proqramlarını həyata keçirəcək. Xatırladaq ki, bu mərhələdə bölgədə peşə təhsili üzrə yalnız bir dövlət müəssisəsi - Rustavi şəhərində yerləşən "Modus" Kolleci mövcuddur. Marneulidə inşa edilən "Modus"- kollecinin filialı olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989