Haqqımızda Reklam
29 
Iyn
2020
12:45
12
20
4149

Marneulidə telefon mağazası soyuldu (FOTO)

Marneuli bazarında yerləşən telefon mağazalarından birində ötən gecə soyğunçuluq hadisəsi baş verib. Mağaza sahibinin 24News.ge xəbər portalına verdiyi məlumata görə, hadisə gecə saat 3-4 radələrində baş verib. Bildirilir ki, soyğunçuların törədikləri hadisə təhlükəsizlik kameralarına düşüb və onlar 3 nəfər olublar. Mağaza sahibinin sözlərinə görə, soyğunçular mağazanın şüşəsini daşla sındıraraq telefon və digər bir sıra telefon aksesuarları həmçinin bir noutbuk aparıblar. Onun sözlərinə görə dəymiş zərərin ümumi həcmi təqribi 3 min lari civarındadır. Hadisə yerinə Kriminal polis əməkdaşları cəlb olunub araşdırma aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989