Haqqımızda Reklam
26 
Iyn
2020
23:22
18
12
2171

"Hökumət vətəndaşlara sosial yardımla bağlı yeni islahat hazırlayır" - Baş nazir

"Bizim anti-krizis tədbirlərimiz elə yönəldilib ki, maksimal şəkildə vətəndaşlarımızın iş yerlərini qoruyaq və insanlar iş yerlərini itirməsinlər, müvafiq olaraq da, ilk məqsədimiz odur ki, işsiz vətəndaş qalmasın". 24News.ge xəbər verir ki, bu sözləri bu gün Baş nazir Giorgi Qaxaria, hökumətin fəaliyyət hesabatını parlamentə təqdim edərkən deyib. Nazir bildirib ki, elə etməliyik ki, ölkəmizdə sosial yardım almaq məcburiyyətində olan vətəndaşlarımız olmasın: "Bizim əsas məqsədimiz odur ki, ölkəmizdə işsiz vətəndaş qalmasın və eyni zamanda sosial yardım istəmək məcburiyyətində olan vətəndaşlarımızın sayı azalsın. Ancaq təssüf ki, son baş verən pandemiya dövründə belə hallar oldu və krizis şərtlərində bu hal yenə yaşanacaq", - deyə nazir bildirib. Hökumət başçısı qeyd edib ki, sosial yardım almaq üçün vətəndaşlardan tələb olunan meyarların kriteriyalarına yenidən baxılır ancaq bu qısa müddətli bir islahat deyil: “İndi elə bir vaxtdır ki, pandemiya zamanı işsiz qalan insanlara yardım etməliyik, ancaq bu müvəqqəti deyil. Sosial yardım sistemi ilə bağlı Səhiyyə Nazirliyidə yeni islahat hazırlayır, ümid edirik ki, biz yaxın vaxtlarda vətəndaşlarmıza ehtiyacları çərçivəsində yardımlar edə biləcəyik”, - deyə baş nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989