Haqqımızda Reklam
26 
Iyn
2020
10:57
23
6
4047

Yeni tədris ilində mətkəblər açılacaqmı? - Nazir müavini cavab verdi

"Bizim əsas məqsədimiz odur ki, şagirdlər sinif otaqlarına qayıtsınlar. Qarışıq model və ya dərs prosesi olduğu kimi bərpa ediləcəkmi, bunlar barədə bir neçə versiya ətrafında işləyirik". 24News.ge xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini, Eka Dqebuadze açıqlama verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi məktəblərin 15 sentyabrdan etibarən açılmasını planlayır. "Versiyalar çoxdur, ancaq istənilən vəziyyətdən qaynaqlı olaraq, təhsilin əlçatanlığını təmin etmək üçün, hazır olmalıyıq. Bu qarışıq model olacaq və ya dərs prosesi olduğu kimi bərpa ediləcək, bu barədə yekun qərar hələ qəbul etməmişik. Səhiyyə Nazirliyi ilə də əmkaşlıq edirik və bu məsələ ilə bağlı, yaxın zamanlarda brifinq keçirməyi planlaşdırırıq", - deyə nazir müavini bildirib. Qeyd edək ki, koronavirus riski ilə bağlı, Gürcüstanın orta və ali məktəblərində tədris prosesi martın əvvəlindən etibarən məcburi olaraq dayandırılıb və onlayn tədris rejimi ilə davam edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989