Haqqımızda Reklam
19 
Apr
2019
21:47
6
2
762

Ölkəmizdə illik gəliri milyondan artıq olan şəxslərin sayı artıb

Ölkədə illik gəliri milyondan artıq olan şəxslərin sayı artıb. 24News.ge xəbər verir ki, bu barədə Birinci kanalın “Biznes partnyor” adlı proqramında səslənib. Gəlirlər Xidmətinin proqrama verdiyi məlumata görə, 2018-ci ildə, Gürcüstanda 323 fiziki şəxsin gəliri 1 milyon laridən artıqdır. Qeyd edilməlidir ki, söhbət sadəcə maaş gəlirlərindən gedir. Ancaq bu şəxslərin kim olduqları açıqlanmır. İstisna sadəcə aksiyalarının London birjasında yerlədiyi şirkətlərin rəhbərlərinin göstəriciləridir. Məsələn, keçən il, TBC Bankın baş direktoru Vaxtanq Butsxrikidzeni illik gəliri 3.3 milyon dollar təşkil edirdi. Həmin məbləğin 454 min dolları onun illik maaşıdır. Onun müavini olan Giorgi Şagidzenin illik gəliri isə 1.71 milyon dollar olub. 227 000 dollar isə, onun illik maaşdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989