Haqqımızda Reklam
19 
Apr
2019
18:43
4
2
1030

Marneulidə keçiriləcək Mer seçkisində namizədlərin sayı artıb - Şok rəqəm

Marneuli rayonunda keçiriləcək növbədənkənar mer seçkisində Mərkəzi Seçki Komissiyasının (MSK) Marneuli seçki dairəsinə 16 nəfər namizədlik üçün müraciət edib. Bu barədə məlumatı 24News.ge xəbər portalına MSK-nın Marneuli seçki dairə rəhbəri Koba Asanidze verib. Koba Asanidze bildirib ki, bu günə qədər rəsmi olaraq 16 nəfər müraciət edib amma onlardan hələ ki, 12 nəfərin müraciətinə baxılıb və qəbul edilib. O, həmçinin əlavə edib ki, digər namizəd olmaq istəyənlərin müraciətlərinə isə hal-hazırda baxılır. Xatırladaq ki, bundan əvvəl Marneuli MSK seçki dairəsi rəhbərliyi 19 aprel saat 15:00 olan məlumatında bildirmişdi ki, 11 nəfər Marneuli merliyi uğrunda mübarizə aparacaq. Qeyd edək ki, ölkədə 19 may növbədən kənar Mer, Bələdiyyə məclisi və paytaxt Tbilisidə bir rayonda parlament üçün millət vəkili seçkisi keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989