Haqqımızda Reklam
19 
Apr
2019
18:02
4
1
711

Yeni nazir: Yüksək etibara haqq qazandırmaq üçün hər şeyi edəcəyəm

“Bizim xüsusi bir vizyonumuz var, xüsusi təlimatımız var və bu yüksək etibara haqq qazandırmaq üçün hər şeyi edəcəyəm”. 24News.ge xəbər verir ki, bunu bu gün 19 mart tarixində Baş nazir tərəfindən yeni təyin olunan İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bildirib. Yeni iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava, güvən üçün ilk olaraq Baş nazirə təşəkkür edib və səmərəli əməkdaşlığa görə isə sabiq nazir Georgi Kobuliya təşəkkür edib. Daha sonra o sözlərinə belə davam edib: “Xüsusi bir vizyonumuz var, xüsusi tapşırıqlar, müəyyən bir müddət içində tamamlanmalı olan işlər var və bu yüksək güvəni haqq qazandırmaq üçün hər şeyi edəcəyəm. İqtisadiyyat və Davamlı İnkişaf nazirliyinin başında durmam mənim üçün böyük bir şərəfdir. Bu, çox yaxşı bildiyim bir nazirlikdir. Bu, yüksək səviyyəli mütəxəssislərin işlədiyi nazirlikdir”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989