Haqqımızda Reklam
19 
Apr
2019
17:39
4
1
724

Rusiya və Estoniya prezdentlərinin görüşü zamanı Gürcüstanın ərazi bütövlüyü müzakirə olunub

Estoniya və Rusiya prezidentləri Kremldəki görüş zamanı Gürcüstanın ərazi bütövlüyüdə müzakirə olunub. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, bu barədə bəyanatı Estoniya prezidenti Kersti Kaliuladi Rusiyanın “Kommersant” qəzeti ilə müsahibəsi zamanı deyib. “Əlbəttə ki, Estoniya Avropa Şurasının üzvüdür və sansksiyaların Avropa mexanizmini və Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, – deyə Estoniya prezdenti bildirib. Gürcüstanın “donmuş münaqişəsi” haqqında nələri müzakirə etdikləri ilə bağlı jurnalistin verdiyi suala isə, Estoniya prezidenti cavab verib: “Məhz bunu müzakirə etdik və çıxış yolu haqqında danışdıq, ancaq təbii ki, bu məsələ ilə bağlı konsensunsa nail olacağımızı heç gözləmirdim də. Rusiya prezidentinə olan hörmətimə rəğmən, öz fikrimdə qaldım, eyni şəkildə, o da öz mövqeyini qorudu” – deyə Estoniya prezidenti sualı cavablandırı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989