Haqqımızda Reklam
19 
Apr
2019
15:10
4
1
1084

Marneulidə keçiriləcək növbədənkənar mer seçkisində 11 namizəd mübarizə aparacaq? - Namizədlərin adları açıqlandı

Marneuli bələdiyyəsində keçiriləcək növbədənkənar mer seçkisində 11 namizədin mübarizə aparacağı gözlənilir. 24News.ge-xəbər portalına MSK-nın Marneuli seçki dairə komissiyasının rəhbəri Koba Asanidzenin verdiyi məlumata görə bügünə qədər 11 namizədin ərizəsi qəbul olunub. Məlumatda K.Asanidze bildirib ki, ərizələrin bir neçəsinə bu gün qərar veriləcək MSK nümayəndəsi bildirib ki, namizədlərin MSK-ya müraciət etmə vaxtı bu gün axşam saat 18.00-da bitəcək. MSK-ya ərizə ilə müraciət edən bütün namizədlərin siyahasını sizə təqdim edirik: 1 Gürcü arzusu demokratik Gürcüstan - Zaur Darğallı 2 “ Bakradze- Uqulava Avropalı Gürcüstan” – Əhməd İmamquliyev 3 “ Vahid Milli Hərəkat “ – Aqil Mustafayev 4 Təşəbbüs qrupu – Əli Bədirov 5. “ Azadlıq- Zviad Qamsaxurdia yolu” Malxaz Qorqasalidze 6. “ Azad Gürcüstan üçün hərəkat” – İrena Sturua 7. “Dövlət üçün xalq hərəkatı” – Elene Qabinaşvili 8. “ Milli Demokratlar partiyası” - Gano Jvania 9. “ Xristian- konservatorlar” – İlia Pataraia 10. “ Siyasi platforma Yeni Gürcüstan” – Niniko Çxetia 11. “ Gürcüstan” partiyası – Leyla Xaraişvili

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989