Haqqımızda Reklam
19 
Apr
2019
14:16
6
3
1433

Tbilisidə “Liberty Bank”-a silahlı hücum olub

Bu gün səhər saatlarında Gürcüstanın ən iri banklarından hesab olunan “Liberty Bank”ın Tbilisidəki filiallarından birinə silahlı hücum olub. 24News.ge “İnterfax”a istinadən xəbər verir ki, hadisə nəticəsində bankın 2 əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib. Hücum edənlərin dəqiq sayı məlum deyil və onlar hadisə yerindən uzaqlaşıblar. Hələlik pul oğurlanıb-oğurlanmadığı bəlli deyil. Hadisə yerinə polis cəlb olunub, əməliyyat axtarış tədbirləri görülür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989