Haqqımızda Reklam
19 
Apr
2019
12:31
5
1
414

“Gürcüstan Dəmir Yolları”nın iki əməkdaşı rüşvət üstündə saxlanıldı

“Gürcüstan Dəmir Yolları” SC-nin iki əməkdaşı kommersiya rüşvəti ittihamı ilə saxlanılıblar. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. İstintaqla müəyyən olunub ki, subpodratçı şirkətə nəzarətin həvalə olunduğu saxlanılan şəxslər qanunsuz gəlir əldə etmək məqsədilə şirkətin direktorundan görülümş işin müqabilində “otkat” tələb ediblər. Onlar şirkət rəhbərindən 2 440 lari (906 dollar) alıblar. Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri günahları sübuta yetiriləcəyi təqdirdə 4 ildən 6 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989