Haqqımızda Reklam
19 
Apr
2019
06:33
1
1
699

Dövlət nümayəndələri Marneulidə yeni inşa olunan məktəbdə olublar (FOTO)

Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Natia Zedqinidze Kvemo Kartli qubernatoru Şota Rexviaşvili, həmçinin yerli hakimiyyət nümayəndələri Marneulidə yeni inşa olunan İctimai Məktəbə baş çəkiblər. 24News.ge xəbər verir ki, dövlət nümayəndələri yeni inşa olunan 1 saylı ictimai məktəbin arxitekturası ilə yaxından tanış olub və binanın yeni standartlara cavab verdiyini bildiriblər. Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Natia Zedqinidze bildirib ki, Marneulidə inşa olunan məktəb yüksək standartlara cavab verir və yaxın gələcəkdə bu regionda belə məktəblərin tikintisinin nəzərdə tutulduğunu qeyd edib. Xatırladaq ki, sözü gedən 1 saylı ictimai məktəbin müəllim və tələbələri Marneulinin 8 saylı ictimai məktəbinə yerləşdirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989