Haqqımızda Reklam
19 
Apr
2019
06:22
4
0
770

Alimlər xərçəngə qarşı dərman kəşf etdi

Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib. 24News.ge-nin Trend-ə istinadən məlumatına görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır. Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989