Haqqımızda Reklam
18 
Apr
2019
12:17
1
2
1006

Gürcüstandan Azərbaycana 2000-dən artıq siqaret keçirmək istəyən şəxs yaxalandı

Gürcüstandan Azərbaycana 2000-dən artıq siqaret keçirmək istəyən şəxs yaxalanıb. 24News.ge xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşı olan şəxs "Opel Vektra" markalı avtomobil Gürcüstandan Azərbaycana qeyri qanuni siqaret və spirtli içki keçirmək istəyərkən saxlanılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin ön oturacaqlarının arxasında və yük hissəsinin örtüyünün altında 2000 ədəd "Gold Marlboro" markalı siqaret və 8 ədəd 1 litrlik "Nemiroff Delikat" markalı spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989