Haqqımızda Reklam
06 
Iyn
2020
19:01
12
51
2609

Natelaşvili yenidən Azərbaycan tərəfini və İvanişvilini ittiham etdi: "İbadətkahımızı əlimizdən alıblar"

"Bu il Qarecoba (Keşikçi Dağ) bayramını qeyd edə və Ağdqoma monastrına gedə bilmədik. Burada cinayətdən söhbət gedir. İvanişvilinin rejimi sona çatdıqdan sonra, Gürcüstanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar cinayət işi başladılacaq. Hüquqi cəhətdən razılaşdırılmış bu ərazini Azərbaycan rəhbərliyi və onun silahlı qüvvələri əlimizdən alıb". 24News.ge xəbər verir ki, bu sözləri "Leyboristlər" partiyasının rəhbəri, Şalva Natelaşvili deyib. "Gürcü və Azərbaycan xalqı birlikdə yaşayırdılar və yaşayacaqlar. Burada cinayətkar hakimiyyətin siyasətindən söhbət gedir, hansı ki, hər iki xalq zərər görəcək. Buna görə də bir neçə aya İvanişvilinin rejimi sona çatdıqdan sonra, Gürcüstanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar cinayət işi başladılacaq, hansı ki, müddətsiz həbs cəzasını nəzərdə tutur. İvanişvilinin dəstəsi Gürcüstanın ərazisini başqasına verməyə və özgələşdirməyə görə cavab verəcəklər. Əgər bu həqiqəti demək, etnik nifaqın oyadılmasıdırsa, o zaman Rusiya işğalına da susmalıyıq. Bu da entik nifaqı oyatmaq kimi sayıla bilər. O zaman abxaz və os separatizminin qarşısında da dayanmalıyıq", - deyə Ş.Natelaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989