Haqqımızda Reklam
06 
Iyn
2020
17:26
49
6
8171

Gürcüstanda 8 iyundan etibarən hansı qadağalar götürülür? - Siyahı

8 iyundan etibarən, Gürcüstanda daha bir neçə qadağa götürüləcək. 24News.ge götürüləcək qadağaların siyahısını sizət təqdim edir. 1 iyun tarixindən etibarən, sadəcə açıq tipli restoranlara fəaliyyətlərini bərpa etsə də, 8 iyun tarixindən bütün restoranlar təmamilə fəaliyyətlərini bərpa edə biləcəklər. Qaydalara əsasən, müştərilər sosial məsafəni qorumalı və maska taxmalıdırlar. Bir masada 6 nəfərdən çox şəxs otura bilməz. - 8 iyundan etibarən, şəhərlərarası nəqliyyat da öz fəaliyyətini bərpa edəcək. Dəmir yolu ilə sərnişin daşıma isə hələlik bir müddət məhdudiyyət səbəbindən xidmət göstərməyəcək. Sözügedən tarixdən etibarən, bütün ölkə miqyasında valyutadəyişmə məntəqələri də fəaliyyətlərini davam etdirəcəklər. - 8 iyundan etibarən, Səhiyyə Nazirliyi tərəfindən müvafiq icazə verilmiş və yoxlanışdan keçən mehmanxanalar da öz fəaliyyətlərini davam etdirə biləcəklər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989