Haqqımızda Reklam
06 
Iyn
2020
16:43
17
42
4147

Dövlət Təhlükəsizlik Xidməti bir sıra siyasi və ictimai aktivist azərbaycanlıları sorğuya çağırdı

30 may tarixindən etibarən, Dövlət Təhlükəsizlik Xidməti etnik gürcü və azərbaycanlılar arasında diskriminasiya, milli düşmənçilik və nifaq salmaq ittihamı ilə istintaq başladıb. 24News.ge xəbər verir ki, başladılan istintaq zamanı bir sıra yerli aktivist və təşkilat rəhbərləri sorğuya çağrılıblar. Sorğuya çağrılan aktivistlər və təşkilat rəhbərlərinin bir çoxu xəbər portalımıza müsahibə verərək, həqiqətən etnik fitnə yaratmağa çalışan şəxslərin də istintaq tərəfindən çağrılacağını gözlədiklərini bildirirlər. Onlar bir tək Marneulidə özünü müdafiə edən aktivistlərin bu cür dindirilməsini, söz azadlığının məhdudiyyəti və psixoloji təzyiq kimi hesab edirlər. Xəbər portalımıza müsahibə verən adı çəkilən şəxslər, yetkinliklə ölkədə həmişə birliyin və sülhün tərəfdarı olduqlarını eləcə də bu ölkənin hərkəsin bir ailəsi olduğunu, bu ailənin isə qayğısının birlikdə çəkdiklərini bildiriblər. DTX-nin apardığı istintaq çərçivəsində adları bəlli olan və dindirilən şəxslərin siyahısını sizə təqdim edirik: Samirə Bayramova - ictimai fəal və hüquq müdafiəçisi; Şeyx Mirtəqi Əsədov - Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri; Azər Məmmədov - Lider Media təşkilatının və 24News.ge xəbər portalının direktoru; Fuad Qəhrəmanov- Yeni Gürcüstan partiyasının Marneuli təşkilatının sədri; Elvir Həsənov- Pedaqoq; Aygül İsayeva - Beynəlxalq Qafqaz Universitetinin Assosiativ Professoru və GAİM-in icraçı direktoru; İsrafil Bayramov - Marneulinin keçmiş Sakrebolo sədri; Məhəbbət İmanov – Borçalı İrəli İctimai Birliyinin sədri; Zümrüd Qurbanov - Keçmiş parlament deputatı; Həmçinin, mediada yayılan məlumata əsasən Marneuli meri, Zaur Darğallı da dindirilib, lakin o bu barədə açıqlama verməyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989