Haqqımızda Reklam
06 
Iyn
2020
14:55
41
5
1491

Tbilisi meri Kaxa Kaladzenin istefası tələbi ilə aksiya keçiriləcək

Tbilisi meri, Kaxa Kaladzenin istefası tələbi ilə 13 iyunda aksiya keçiriləcək. 24News.ge xəbər verir ki, Tbilisidə Kaxa Kaladze və aktivistlər arasında baş verən qarşıdurmadan sonra aktivistlər Kaladzenin onlara fiziki təhqir göstərdiyi iddiası ilə polis bölməsinə şikayət ərizəsi daxil ediblər və 13 iyun tarixində Tbilisi meriyası qarşısında aksiya keçirəcəyini bildiriblər. “13 iyunda Tbilisi meriyası qarşısında etiraz aksiyası keçirəcəyik. Bizim tələbimiz Kaxa Kaladzenin istefası olacaq, çünkü o artıq bizim gözümüzdə qanunauyğunluğunu itirib”, -deyə aktivist Giorgi Pxaladze bildirib. Qeyd edək ki, həmin qarşıdurma zamanı aktivislərdən birinin paltarı yırtılıb və O, paltarını Kaladzenin yırtdığını bildirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989