Haqqımızda Reklam
06 
Iyn
2020
14:53
7
18
736

Müdafiə naziri İrakli Qaribaşvili deputatlığa namizəd verəcəyi iddia olundu

Ölkənin Müdafiə naziri, İrakli Qaribaşvili payızda keçiriləcək parlament seçkilərində deputatlığa namizəd verəcəyi iddia olunub. 24News.ge xəbər verir ki, yayılan məlumatlara əsasən nazir Kaxeti bölgəsindən majoritar namizədliyini irəli sürəcək. Sözügedən məlumatlara münasibət bildirən müdaiə naziri, bunun dezinformasia olduğunu deyib: "Hazırda mənim hər hansı bir yerdən namizədliyim müzakirə olunmur, yayılan məlumatlar dezinformasiadır və yalan üzrəində qurulmuş bir siyasi oyundur", - deyə Qaribaşvili bildirib. Müdafiə naziri hazırda onun üçün əsas məqsəd hərbçilərin hazırlığının artırılması və islahatların həyata keçirilməsi olduğunu bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989