Haqqımızda Reklam
06 
Iyn
2020
13:14
14
47
4803

Marneulidən olan polis, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib

Marneulidən olan mütəxəssis kriminoloq, Tbilisidə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. 24News.ge xəbər verir ki, bir neçə gün bundan öncə Tbilisidə qaz doldurma məntəqəsində baş vermiş partlayışı araşdırmaq üçün gedən, Marneulidən olan mütəxəssis krimonoloqu hadisə yerində elektrik cərəyanı vurub. Hadisədən sonra həmin şəxs komaya düşüb. Daxil İşlər Nazirliyindən verilən məlumata əsasən sözügedən şəxs bu gün dünyasını dəyişib. Xatırladaq ki, qaz doldurma məntəqəsində mütəxəssis krimonoloqu elektrik cərəyanı 3 iyun tarixində vuraraq komaya salmışdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989