Haqqımızda Reklam
17 
Apr
2019
21:31
1
0
595

İşğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün məktəbdən sonra hazırlama proqramı işə düşəcək

İşğal olunmuş ərazilərdə yaşayan abituriyentlər üçün məktəbdən sonra hazırlama proqramı işə düşəcək. 24News.ge Birinci kanala istinadən xəbər verir ki, bu sözləri Tbilisi Dövlət Universitetində keçirilən açılış tədbirində Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvili deyib. Yeni yaradılan proqram işğal olunmuş ərazilərdə yaşayan gənclərə ali təhsilin təklifini nəzərdə tutur. Abituriyentlər hazırlığı Tbilisi Dövlət Universiteti və Şota Mesxiya adına Zuqdidi Universitetində keçəcəklər. Proqramın pilot versiyası üç aylıqdır. Abituriyentlər hazırlığı intensiv rejimdə keçəcəklər, hazırlığı başa çatdırdıqdan sonra iki imtahan verəcəklər və milli imtahanlara girmədən istədikləri universiteti seçəcəklər. Elə cari ilin sentyabrından hazırlığın tam birillik kursu işə düşəcək. Cari ildə işğal olunmuş Abxaziya və Sxinvalidən 142 abituriyent qeydiyyatdan keçib. Proqram “daha yaxşı gələcək üçün addım” təşəbbüsünün tərkib hissəsidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989