Haqqımızda Reklam
17 
Apr
2019
16:34
4
0
720

Gürcüstanın yeni enerji strategiyası hazırlanıb

Hökumət yeni enerji strategiyası hazırlayıb. Yeni strategiyanın əsas məqsədi istehlakçıların maraqlarının nəzərə almaq və hüquqlarının müdafiəsi ilə yanaşı, əhalinin elektrik enerjisi və ya təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təmin etməkdir. 24News.ge xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava söyləyib. Nazir müavini bildirib ki, energetika bazarında həyata keçiriləcək islahatlar – enerji strategiyası Gürcüstan hökuməti ilə Avropa İttifaqı arasında imzalanmış assosiasiya saziş çərçivəsində hazırlanıb. Yeni strategiya yaxın vaxtlarda parlamentdə müzakirə olunacaq. Mənbə Azərtac

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989